Binəqədidə yanğın baş verdi

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin taxtadan ibarət üzlüyü 15 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.