Binəqədidəki dəhşətli qətlin üstü açıldı

ab5c86f8299d15edc9839dbfc41205c5Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binəqədi rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, fevralın 10-da saat 22 radələrində 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın Binəqədi rayonu ərazisində mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1994-cü il təvəllüdlü Fərahim Qədirov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.