Binəqədidəki partlayışda xəsarət alanların vəziyyəti AÇIQLANDI

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdə partlayışla əlaqədar Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində yeddi nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib.

Müalicə alan yeddi nəfərdən ikisinin vəziyyəti ağır stabil, beş nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzdə müalicə alan bir nəfər ambulator müalicə üçün evə buraxılıb.