20298eBinəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobili ilə bağlı müxtəlif məlumatlar ictimaiyyətə məlumdur. Bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılmışdı. Bundan əvvəl isə onun xidməti avtomobilində qanunsuz olaraq sayrışan işıqlar və səs siqnalı quraşdırılması barədə Avtosfer.az-da məlumat verilmişdi. Bu dəfə isə Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Xaləddin İsgəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin xeyli cəriməsi var. Lakin icra başçısı cərimələri ödəmir. Hazırda isə həmin avtomobillə bağlı DYP-nin sistemində 7 MMX protokol var. Ümumilikdə həmin cərimələrin məbləği 270 manat, 8 baldır.

Bundan əlavə, icra başçısı xidməti avtomobilinin oxşar nömrəsini şəxsi avtomobilinə vurub. Məlumata görə, 90 AA 812 dövlət nömrə nişanlı «Lexus-570» markalı avtomobili icra başçısının oğlu idarə edir. Hazırda həmin avtomobillə bağlı DYP-nin sistemində 29 MMX protokol var. Cərimələrin ümumi məbləği isə 2500 manatdan artıqdır. Xaləddin İsgəndərovun oğlunun törətdiyi qayda pozuntuları daha ağır olduğu üçün cərimə balları 40-ı ötüb. Beləliklə də, icra başçısının oğlunun sürücülük hüququndan məhrum edilməsi qaçılmazdır. Əgər buna ciddi yanaşılsa…

Məlumata görə, Xaləddin İsgəndərovun ailə maşınları arasında 99 AA 812 nömrəli daha bir bahalı avtomobil də var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."