Binyamin Netanyahu Müdafiə Naziri səlahiyyətlərini icra edəcək – Özü açıqladı

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Netanyahu özü Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasından televiziya ilə müraciəti zamanı deyib.

“Mən müdafiə naziri vəzifəsinin icrasına başlayıram”, – deyə o bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hökumətin fələstinlilərə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verib.