Bir ailənin 4 üzvü yol qəzasına düşdü

masin46Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.

Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri – oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.