Cəlilabad rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Yenicag.az xəbər verir ki, “Report”un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Adnalı kənd sakinləri 1988-ci il təvəllüdlü Z.Qürbətov, 1992-ci il təvəllüdlü C.Salmanlı, 2013-cü il təvəllüdlü G.Salmanlı, 2015-ci il təvəllüdlü R.Hümbətov və 2017-ci il təvəllüdlü Y. Hümbətov dəm qazından zəhərləniblər.
Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardımdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.