Abşeron rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbənin H. Arif küçəsində yaşayan bir ailənin 2 üzvü hamamda dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri ər və arvadın meyitini hamamda aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.