Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir ailənin üç üzvü yol qəzasında yaralanıb

Salyanda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı avtomobilin qarşıda gedən “Skoda” markalı avtomobilin arxa hissəsinə çırpılıb.

Nəticədə “Skoda” idarəetməni itirərək aşıb.

Qəza zamanı bir ailənin üzvü olan Bakı şəhər sakinləri, 1949-cu il təvəllüdlü Babayev Maşallah Məhərrəm oğlu, 1960-cı il təvəllüdlü Babayev Şamil Məhərrəm oğlu və 1982-ci il təvəllüdlü Babayeva Sevinc Fikrət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların hər üçü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

453
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100