Türkiyədə baş verən zəlzələdən sonra insanların yaşadıqları ağrı-acıların faciəviliyi üzə çıxır.
Yenicag.az xəbər verir ki, Mümtaz Gövcə adlı şəxsin 2 qızı və xanımı dağıntılar altından xilas edilə bilməyib.
Jurnalistlərə açıqlama verən ata qızı ilə olan son mesajlarını göstərib.
Gövcəyə səsli mesaj göndərən azyaşlı qızı ölümünü əvvəldən hiss edib:
“Ata, Hatayda çox güclü zəlzələ oldu. Deyəsən, mən də öləcəm”.
Qeyd edək ki, M. Gövcənin yaşadığı binada 150 nəfər vəfat edib.