Yeni il öncəsi Türkiyədə dollar, avro və sterlinq Türk lirəsinə qarşı gözlənilmədən bahalaşıb.
Yenicag.az xəbər verir ki, dekabrın 30-da dolların alış qiyməti 18.7047 TL olub. Dolların satışı isə 18,7196 TL-dən həyata keçirilir.
Avronun alış qiyməti 19.9420 TL, satış qiyməti isə ondan bir qədər baha – 19.9628 TL-dən başlayıb.
Bakı vaxtı ilə saat 13:35-ə olan məlumata görə, avro 20 TL-yə çatıb.