Bir ay əvvəl itkin düşmüş qız tapıldı – FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı cari ilin iyul ayının 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.