Bir ay öncə itkin düşən kişinin meyiti tapıldı

Salyanda itkin düşmüş 45 yaşlı kişinin meyiti tapılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu gün Kürsəngi kənd sakini, 45 yaşlı Vüqar Məhərrəm oğlu Məhərrəmovun meyiti kəndin yaxınlığındakı kollektorda aşkar edilib.

İki övlad atası olan Vüqar Məhərrəmov bu il noyabrın 26 da işləmək adı ilə qonşu Yenikənd kəndinə gedərək bir daha geri qayıtmayıb. Doğmalarının dediyinə görə, o gündən bir aydan çox vaxt keçməsinə baxmayaraq Vüqar Məhərrəmovdan bir xəbər tuta bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.