Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Bir aya Avrokubok matçlarına hazırlaşmaq olar?” - Ağasəlim Mircavadovdan HAQLI TƏNQİD

Reklam: High Technic

“Bizim klubların transfer siyasətindəki ən böyük səhv gecikməkləridir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında futbol klublarımızın yeni mövsüm Avropa kuboklarına hazırlıqlarını dəyərləndirən milli komandanın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis öncə klublarımızın trasnfer siyasətinə toxunaraq, bu istiqamətdə işlərin düzgün aparılmadığını qeyd edib: “Ehtiyac olan mövqelərə tələb olunan oyunçularla ən azı altı ay əvvəldən maraqlanmaq lazımdır. Yəni mövsüm öncəsi hazırlıq mərhələsində yeni transferlərin adaptasiyası ilə məşğul olmaq yox, komanda oyununun oturuşmasına çalışmaq lazımdır. Nəzərə almalıyıq ki, bizim klublar Avrokubok oyunlarına “top-liqa” komandaları kimi sentyabrda yox, iyulda başlayırlar. Bizim klubların transfer siyasətindəki ən böyük səhv gecikməkləridir. Bizdə qəribə tendensiya var, klublarımız may ayını gözləyirlər ki, görək, Avropa turnirlərinə vəsiqə qazanırıqsa, başlayaq hazırlaşmağa. Lakin qəti şəkildə deyirəm ki, bir aya Avrokubok matçlarına hazır olmaq mümkün deyil. “Qarabağ” son illər fərqli siyasət yürütməyə başladı və əvvəl Avropa Liqasının, daha sonra isə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə, bunun müsbət nəticəsini gördü”.

Ağasəlim Mircavadov Avropa Liqasında debüt edəcək “Səbail” və “Neftçi”nin mərhələ keçmək şanslarının fərqli olduğunu düşünür:

““Qarabağ” kimi, “Neftçi” və “Səbail”in da işi asan olmayacaq. Şanslara gəldikdə, mən yalnız “Qarabağ” və “Neftçi”dən nəsə gözləyirəm. “Neftçi”nin baş məşqçisi Bordin vaxtilə Moldovada çalışdığına görə rəqibi yaxşı tanıyır. Bu, Bakı komandası üçün əlavə üstünlükdür. Lakin indiki vəziyyətdə “Səbail”in nəsə edəcəyi real görünmür”.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayan təmsilçimiz “Qarabağ” səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. Avropa Liqasında gücünü sınayacaq təmsilçilərimiz – “Neftçi” və “Səbail” isə mübarizəyə sabah qoşulacaq. “Neftçi” səfərdə Moldovanın “Speranta”, “Səbail” isə Bakıda Rumıniyanın “Universitatya Krayvo” komandaları ilə üz-üzə gələcək.

Firuz Asanov

www.yenicag.az

1782
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM