Bir ayda Azərbaycan əhalisi 3,8 milyard qazanıb

2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 385,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb.