“Bir çox ölkə FETÖ məktəblərini bizə təslim etmək istəyir”

 

1469863903780Qatarda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlu yeni açılan və Türkiyənin bu ölkədəki səfirliyinə bağlı məktəbi ziyarət edib.

cavusoglu-menbic-konusunda-abd-ile-gizli-anlasma-yaptik-156678-5Yenicag.az xəbər verir ki, ziyarət etdiyi məktəbdə 50 şagird, altı müəllim və səkkiz sinif və bir müdirin fəaliyyət göstərdiyini və gələcək illərdə bu rəqəmlərin artacağını bildirən Çavuşoğlu bunları söyləyib: “Biz həm Maarif Vəqfinin nəzarətində olan məktəblər açmaqdayıq. Həm də FETÖ-nün zamanında məktəblər açdığı bir çox ölkə həmin təhsil qurumlarını bizə təslim etmək istəyirlər. Biz önümüzdəki illərdə həm o məktəbləri təslim alacaq, həm də yeni türk məktəbləri açaraq, oradakı vətəndaşlarımızın uşaqlarına keyfiyyətli təhsil verəcəyik. Xaricdə təhsil ilə bağlı proqramımız artıq fəaliyyətə başlayıb”.

İlyas/Yenicag.az