!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir “çuşka”nın düşüncələri… - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Sizə bir-birinə zidd qüvvələrin ayrı-ayrı şəxslərə hücumu kimi gələ bilər, ancaq bu gün iqtidarda ya da müxalifətdə olmasından asılı olmayaraq, milli düşərgə, milli ziyalılarımız, məmurlarımız hədəfdədir. Hamıya bəllidir ki, istənilən təkzib atılan iftiradan ən az on dəfə az oxunur. Bunun üçün çamur at, izi qalsın prinsipi ilə hərəkət edir içimizdəki irlandiyalılar, pardon, hollandlar… 

Azərbaycan yeni bir seçimin astanasındadır. Şübhəsiz ki, cənab İlham Əliyevin bu seçimdən zəfərlə çıxacağını bilməyən yoxdur. Fəqət 11 aprel sonrası üçündür əslində savaş. Hakimiyyətdə olan milli insanlar da, cəmiyyətdən bunların hoqqalarına səsini qaldıracaq milli ziyalılar da, milli burjuaziya da beş quruşluq adamların əli ilə urvatsız edilməyə çalışılır.

Bu səbəbdən də, nə erməniyə Xocalı soyqırımı ilə bağlı ən az Ayaz Mütəllibov qədər ən böyük yaxşılığı etmiş birisinin Avropa Azərbaycanlıları Konqresində provokativ çıxışı ilə milyonlarla azərbaycanlını təhqir edərkən, Prezidenti tərifləməsi, nə sonra harasındansa çıxartdığı “xəbər” ilə məhz Avropadakı “irlandiyalı”larımızı, üzr istəyirəm, “holland”larımızı tənqid etdiyi üçün Sabir Rüstəmxanlını qaralaması, nə Qənirə Paşayevanın hər konfrans sonrası izləyicilərini rədd etməməsindən qaynaqlanan bir durumu fürsət bilib, “selfi” çəkdirən bir tərbiyəsiz üzərindən hücuma məruz qalması təsadüfi deyil. Siyahını uzatmaq da olar. Ancaq şəxslərin önəmi yoxdur, əsas hədəf milli düşüncə, milli düşərgədir.

Bunlara diqqət edin, biri ultramüxalifət, digəri iqtidar yaltağı olsalar da, ikisi də eyni nifrətlə Azərbaycan və Türkiyəyə baxır, bizim türklüyümüzə qarşı kin qusurlar. Azərbaycanı öz istədikləri qəlibə salmaq, dəyərlərindən uzaq, ruhsuz, Qərbin nökəri olan bir ölkə halına gətirmək istəyirlər. Bunun üçün aramızda bəzən fikirayrılıqları olsa da, bəzi fikirlərini qəbul etməsək, hətta öz aramızda tənqid etsək də, irlandiyalılarımıza qarşı milli insanları qorumalıyıq. Çünki bir sonrakı hədəf sənsən, onlar kimi düşünüb, “Murad” adını “Maksimus” etmədiyin təqdirdə… Çünki sən ən istedadlı insan da olsan, onların gözündə “çuşka”san ki “çuşka”…

Bilgə Xaqan necə deyirdi: “Titrə və özünə dön. Sən özünə dönəndə böyük olursan!”

Məhz özünüzə dönməməyiniz üçün ailə institutunuzu parçalamaq, qanınızı kirlətmək istəyirlər. Qısacası, düşməni kənarda axtarmayın, bacıoğlular dayılarının bu millətə edə bilmədiyini etmək üçün hərəkətə keçiblər!..

www.yenicag.az

5402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv