“Bir də baxıram ki, pulqabımda qəpik də qalmayıb” – Əməkdar artist

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova sən demə, son qəpiyini də geyimə xərcləyirmiş.

Yenicag.az-a açıqlama verən aktrisa bu xüsusiyyətindən qurtulmaq istədiyini, ancaq bacarmadığını deyib:

“Son qəpiyimi də geyimə verirəm. Demək olar ki, bu baxımdan xəstəyəm. Bilirəm ki, heç də yaxşı xüsusiyyət deyil. Bir də baxıram ki, pulqabımda qəpik də qalmayıb. Uşaqlığımdan belə olmuşam. Babam Siyəzəndə Univermaq müdiri idi, ən gözəl geyimləri mənim üçün gətirərdi. Mən də geyinib forslanırdım. Hansısa paltardan xoşum gəlsəydi, o dəqiqə alınmalıydı. İndi də bu xasiyyətimi tərgidə bilmirəm. Amma özümə təsəlli verirəm ki, əşşi, dünya beşgünlükdür, indi geyinməyib, nə vaxt geyinəcəm?! Bir dəfə Amerika filmini dublyaj edirdim. Orda özüməbənzər bir pesonajı səsləndirirdim. Həmin qadın bütün pullarını geyimə xərcləyirdi. Bu xasiyyətini tərgitmək üçün pul kartını soyuducuya qoyub dondurur. Mağazaların yanından keçəndə üzünü çevirir ki, vitrindəki geyimləri görməsin. Axırda dözməyib, kartı götürür və donunu açanda onu sındırır. O obraza baxanda dedim ki, bu qadın mənim oxşarımdır”.

Cəvahir