!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir də mənə zəng etməyin" - İşdən çıxarılan icra başçısının məmur qardaşı

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Tovuzun icra başçısı Tofiq Zeynalov vəzifəsindən alınaraq, onun tutduğu post Məmməd Məmmədova tapşırılıb.

Tofiq Zeynalovla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdığı üçün, onun qardaşı Fikrət Zeynalova müraciət etdik.
Yenicag.az-a açıqlama verən Zeynalov məsələyə belə münasibət bildirdi: “Bu telefon söhbəti deyil. Sizi tanımıram. Allah prezidentimizin canını sağ eləsin. İşləyirik, cənab prezidetimizdən çox razıyıq. Dövlətə xidmət etmişik. İndi də işdən azad olunub. Burda nə var ki?”

Məsələ burasındadır ki, yeni təyin olunan icra başçısı da Tovuz rayonundadır. Görəsən, Fikrət Zeynalov qardaşının yerinə təyin olunan yeni icra başçısı Məmməd Məmmədovu tanıyırmı? Fikrət Zeynalova bu sualla müraciət etdiyimiz zaman maraqlı reaksiya ilə qarşılaşdıq: “Ay qardaş, işinizlə məşğul olun. Kimi məsləhət biliblər, onu da təyin ediblər. Bir də mənə zəng etməyin”.

Qeyd edək ki, Tofiq Zeynalovun digər qardaşı Ramiz Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Emin Səfərov

www.yenicag.az

4817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv