!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır" - İlham Əliyev

!Reklam – Yazi

Azərbaycanda bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır.

Yenicag.az-ın xəbərinə görə, bunu Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı zamanı Azərbaycan prezidenti İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkildiyini qeyd edib: “Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir”.

Yenicag.az

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv