Ermənistan ordusunun hərbi qulluqçusu sentyabrın 3-nə keçən gecə cəbhə xəttində baş vermiş atışmada öldürülüb.
Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsryun Ovannisyan bildirib.
A.Ovannisyanın sözlərinə görə, Tavuş istiqamətindəki atışmada həlak olan hərbi qulluqçu 1975-ci il təvəllüdlü Ayk Devoyan Ermənistan ordusunda müqavilə əsasında xidmət edib(virtualaz).