Bir evi 15 günə soydu – 7 minə yaxın ziyan vurdu

Oktyabrın 5-dən 20-dək olan müddətdə Hacıqabul şəhəri ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.