Adıyaman şəhərinin Gölbaşı rayonunda zəlzələdən zərərçəkənlərə baş çəkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Adıyaman Fəlakət Koordinasiya Mərkəzində mətbuat konfransında iştirak edib. Prezident zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşların axtarışının davam etdirildiyini və zəlzələdə həlak olan vətəndaşları heç kimin unutmayacağını bildirib.
Yenicag.az xəbər verir ki, Türkiyə Prezidentinin çıxış etdiyi mətbuat konfransında Sərvər Bəşirli də iştirak edib.
Qeyd edək ki, bir neçə gün öncə bir fotosu ilə məşhurlaşan və medianın gündəminə düşən Sərvər Bəşirli Türkiyənin zəlzələ bölgəsinə gedib və orada zəlzələdən əziyyət çəkənlərə yardım üçün çalışır.