Amerikanın Missuri ştatından olan Veronika Bukenen bir gündə iki dəfə lotereya pul udub.
Yenicag.az xəbər verir ki, o, “Monopoly Scratchers” lotereyasında sevinib. İlk lotereya bileti Veronikaya min ABŞ dolları qazandırıb. Uduşu götürmək üçün lotereyanı keçirən təşkilatın ofisinə yollanan qadın bundan bir qədər də həvəslənərək, yenidən şansını yoxlamağa qərar verib. Geri qayıdarkən maqazinə daxil olan Bukenen daha bir lotereya bileti alıb. İkinci bileti isə ona 100 min ABŞ dolları qazandırıb.
Qeyd edək ki, noyabr ayında da Şimali Karolina ştatından olan Mişel Şuffler adlı bir nəfərin bir gün gündə iki cekpot udduğu barədə xəbərlər yayılmışdı. Onun iki uduşunun ümumi məbləğinin milyon dollardan çox olduğu bildirilirdi.