!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir gündə üç intihar cəhdi: 32 yaşlı kişi öldü

!Reklam – Yazi

Şamaxı şəhər sakini intihara cəhd edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Z.Şirvani küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Ayaz Şirvan oğlu İbrahimov özünü asaraq intihara cəhd edib. O, ailə üzvləri tətəfindən xilas edilib və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan “Report”un yerli bürosuna bildirilib ki, A.İbrahimovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Daha bir intihara cəhd hadisəsi Bakıda yaşanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Xətai rayonu ərazisində, Xocalı küçəsində bir nəfər doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

Digər intihar faktı isə Şamaxı da qeydə alınıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Həsən oğlu Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamxı regional şöbəsinə yerləşdirilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Hər üç hadisə ilə bağlı cinayət işi başlanıb.

www.yenicag.az

3582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv