!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir həftədir, oğlunun cəsədini axtarır-Fotolar

!Reklam – Yazi

yu2 (1)Ceyranbatan Su Anbarında boğulan gəncin cəsədi hələ də tapılmır.
Artıq bir həftədir ki, Ceyranbtan su anbarının ətrafında ürək ağrıdan hadisələr baş verir.

İtgin düşən gəncin yaxınları aidiyyatı qurumların işə məsuliyyətli yanaşması, səlahiyyətli adamların xüsusi göstərişlər verməsi üçün müxtəlif addımlar atırlar.

Bir neçə gin əvvəl 21 yaşlı gəncin cəsədinin tapılmamasına etiraz edən yaxınlarının Bakı-Sumqayıt yolunu bağladıqları məlumatını vermişdik.

Maraqlıdır ki, o gündən bəri aidiyyatı qurumlardan hadisəylə bağlı kiçik bir məlumat belə olsun əldə edə mümkün deyil. Qurumlar nədənsə bu hadisəylə bağlı susurlar. FHN-dən bildirilib ki, rəsmi saytda bununla bağlı məlumat var. Məlumat isə sadəcə, Abşeron dənizində bir nəfərin batması və cəsədinin tapılmamasıdan ibarətdir.

İtgin düşən gəncin valideyinləri və yaxınları isə qeyd etdiyimiz kimi bir həftədir heç olmasa əzizlərinin cəsədinə qovuşacaqları ümidiylə hər gün axtarışların getdiyi Ceyranbatan Su Anbarının ətrafına yığışırlar. Hayqıraraq həmin gənci səsləyirlər.

Hər gün bu mənzərəni seyr edən yaxınlıqda yaşayanların sözlərinə görə, orda çox dəhşətli hadisələr baş verir. Qızmar günəşin altında günlərdi çabalayan qohumlar arasında tez-tez özündən gedənlər, əsəb sarsıntısı keçirənlər olur. Bu görə də hadisə yerində tez-tez təcili yardım maşınları görmək mümkündür.

Ərazi isə polis nəzarətindədir. Faciə sahiblərinin yaxınlığna heç kəs buraxılmır. Ona görə də gəncin necə boğulması barədə dəqiq heç bir məlumat yoxdur. Deyilənə görə o, “Stansiya Sumqayıt” adlanan yerdə “Samux” kanalına düşüb və su onu Ceyranbatan gölünə gətirb.

Qeyd edək ki, bəziləri gəncin intihar etmək məqsədilə özün kanala atdığını bildirirlər. Onun nişanlı olması, yaxınlarda toyunun olacağı da yayılan xəbərlər içərisindədir.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv