!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir İranın yeri əskikdir: Tehran Ankaraya diş qıcayır

!Reklam – Yazi

Türkiyənin Avropa ölkələri ilə münasibətlərinin kəskinləşməsini fürsət bilən İran baş qaldırmağa çalışır.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani ölkə vətəndaşlarına “Türkiyəyə getməyin” çağırışı edib.

Məlumata görə, Türkiyədən İranın ünvanına səslənən bəzi açıqlamalardan “narahat olduqlarını” bildirən İslam Respublikası parlamentinin sədri Əli Laricani “Ankaradan işlədilən ifadələrdə ciddi olmağı” tövsiyyə edib.
Keçirtdiyi brifinqdə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandıran Laricani Ankaradan verilən açıqlamalara soyuqqanlı yanaşdıqlarını” iddia edib.

“Son zamanlarda Ankaradan verilən bəzi açıqlamalar qonşuluq münasibətlərinə yaraşmır. Türkiyədən İrana münasibətdə işlədilən ifadələrlə bağlı ciddi olmasını gözləyirik. İran bu məsələdə soyuqqanlı davranır”.

İran Xarici İşlər Nazirliyinin Türkiyəyə səyahət edilməməsi üçün xəbərdarlığına toxunan Laricani bu mövqeni “əsaslandırmağa” çalışıb:

“Xalqımızın təhlükəsizliyini qorumaq və onların diqqətli olmaları üçün xəbərdarlıq etmək məcburiyyətindəyik”.
Türkiyənin bəzi yerlərində narahatlıq doğuran aksiyaların olduğunu söyləyən Laricani sözünü belə bitirib: “O ölkədəki terror probleminin azalmasına və vəziyyətin normallaşacağına ümid edirik”.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi və bəzi millət vəkilləri son günlərdə verdikləri açıqlamalarla ölkədə elan edilmiş 14 günlük Novruz tətili zamanı ehtiyac olmadığı təqdirdə Türkiyəyə getməməyi tövsiyə ediblər.
Tehran rejimi buna səbəbi kimi, Türkiyədə təhlükəsizlik şərtləri və İran vətəndaşlarına qarşı mənfi münasibəti göstərib.

Yeniçağ.Az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv