Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir neçə gün öncə Şuşada musiqiləri səslənən bəstəkarımız VƏFAT ETDİ - FOTO

Əməkdar incənəsət xadimi, bəstəkar Adil Bəbirov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

O, bəstəkarın Kanadada, bu gün vəfat etdiyini bildirib:

“Bizim onunla uzun illər əlaqəmiz yox idi. Orada qocalar evində yaşayırdı. Elə orada da dünyasını dəyişib. Hər halda elə Kanadada da dəfn olunar. Yeri gəlmişkən bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında onun da əsərləri səsləndirildi”.

Qeyd edək ki, A.Bəbirov 1934-cü ildə anadan olub.

www.yenicag.az

180
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100