Bir neçə nəfər Babadağda köməksiz vəziyyətdə qaldı

Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirlib ki, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

“Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək”.