Bir sıra dövlətlərin hakimiyyət orqanları Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək, Ermənistanın “Armsat-1” və “Hayasat-1” peyklərini Yerə qaytarmağı tələb edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri məlumat yayıb.
Ancaq hansı ölkələrdən söhbət getdiyi göstərilməyib. Mütəxəssislərin fikrincə, peyklər qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar düzgün aparılmayıb və indi onlar başqa ölkələrin peyklərinin fəaliyyətinə mane olurlar.
Bildirilir ki, Avet Poqosyanın kosmik sektora nəzarət edən Ermənistanın yüksək texnologiyalı sənaye nazirinin müavini vəzifəsindən istefa verməsi peyklərin uğursuz buraxılması ilə bağlıdır.
“Hayasat-1” Ermənistan istehsalı olan ilk peykdir və 2023-cü ilin dekabrında Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından orbitə buraxılıb. “Armsat-1″isə İspaniyanın Satlantis şirkəti tərəfindən istehsal edilib. O, Ermənistanın ilk strateji peyki oldu. O, 2022-ci ilin may ayında ABŞ-nin Kanaveral burnundan buraxılıb.