!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bir oyunda 21 qol vurdu - Dünya ondan danışır

!Reklam – Yazi

İsveç futbolunda qeyri-adi hesab qeydə alınıb.

Yenicag.az xəbər verir ki, VI divizionda keçirilən “Esklistun” – “Estermalm” matçı birincilərin 28:3 hesabı ilə başa çatıb.

İşin ən maraqlı tərəfi odur ki, “Esklistun”un hücumçusu Sebastyan Niqar bu qarşılaşmada 21 qol vurub.

Qeyri-adi hesabla bağlı açıqlama verən 21 qolun müəllifi təəccübləndiyini, 10-cu qoldan sonra isə hesabı itirdiyini bildirib.

Qeyd edək ki, buna qədər bir oyunda ən çox qol vuranlar Yeno Karoli (“MTK Budapeşt” – “MAFC Budapeşt” 15:1 (Macarıstan) – 15.10.1905) və
Pedro Karrion (“Kollec Avropa” – “Britanniya XI” – 16:1 (Cəbəllütariq) – 07.05.2016) idi. Hər iki futbolçu 11 qola imza atıb.

www.yenicag.az

3981
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv