Bir oyunda “Qarabağ” tarixi üçün 2 uğursuzluq

Premyer Liqanın I turundan təxirə salınan “Qarabağ” – “Zirə” oyununda 3 xalı 3 qolla qazanan (3:2) meydan sahibləri iki uğursuz yubileyə də şahid olub.

Yenicag.az xəbər verir ki, Mirsahib Abbasovun vurduğu 2-ci top Ağdam klubunun Azərbaycan çempionatları tarixində buraxdığı 600-cü qol kimi yadda qalıb. Əyalət təmsilçisi bu yubileyə 754-cü matçda üzülüb. Komanda orta hesabla hər matçda 0,80 top buraxıb.

Görüşdə buraxılan 2-ci top həm də çempionatlardakı ev oyunlarında “Qarabağ”ın qapısından keçən 250-ci qol kimi tarixə düşüb. Öz meydanında ən çox qol buraxan komanda olan ağdamlılar 372 matçın hər birində orta hesabla 0,67 topa üzülüb./Trend/

COP29