Bir pişik 14 qoyunun ölümünə səbəb oldu

Türkiyənin Tunceli bölgəsində qəribə hadisə baş verib.

Yenicag.az xəbər verir ki, bir pişik 14 qoyunun ölümünə səbəb olub.

Məsələ burasındadır ki, pişik tövləyə girən zaman qoyunlar onu canavar hesab ediblər. Bu zaman yaranan çaxnaşmada qoyunlar bir-birini əziblər. Nəticədə 14 qoyun ölüb, 4-ü isə yaralanıb.