Bir qrup mədəniyyət xadiminə fəxri adlar verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Allahverdiyev Vasif Kərim oğlu

Fərəcov Sərdar Fərəculla oğlu

“Əməkdar incəsənət xadimi”

Xalıqzadə Fəttah Xalıq oğlu

Rəcəbov Oqtay Məmmədağa oğlu

“Əməkdar artist”

Butenko İqor Leonidoviç

Pyatkin Nikolay Aleksandroviç

“Əməkdar müəllim”

Göyçayskaya Səidə Oqtay qızı

Hüseynova Rüxsarə Hüseyn qızı

Yaqubova Nazilə Mir Teymur qızı