!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir qrup şəxs qadınlar tərəfindən..." - "İmamzadə"dəki insidentlə bağlı açıqlama

!Reklam – Yazi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda baş verən insidentə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, QMİ-nin səlahiyyətli nümayəndəsinin verdiyi məlumata görə, 30 sentyabr və 1 oktyabr tarixlərində Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib.

Razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub: “Axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, lakin baş vermiş insidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub. Ziyarətgahda keçirilən mərasim sabitliklə davam edərək, tam təhlükəsiz başa çatıb”.

www.yenicag.az

3190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv