!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir quyu söndürülüb və ağzı bağlanıb” – Kəmaləddin Heydərov

!Reklam – Yazi

941513b5d9eb“Günəşli yatağında baş verən yanğının sondürülməsinin birinci fazası başa çatıb. Artıq bir quyu söndürülüb və ağzı bağlanıb”.

Bu sözləri ANSpress-ə açıqlamasında fövqəladə hallar naziri Kamalədin Heydərov deyib. Onun sözlərinə görə, itkin düşən netfçilərin axtarışı təyyarə, helikopterlər və gəmilər tərəfindən hər gün aparılır. Havanın kəskin dəyişdiyi günlərdə belə işlər davam etdirilir.

“Əsas estakadanın dibində işləmək mümkün deyil. Ona görə ki, orada soyutma işləri gedir. Yatağa yaxın quyuların diblərində də axtarışlar aparılıcaq. Bu günə qədər 6 nəfərin meyiti tapılıb. İtkin düşmüş neftçilərin ailələrinə səbirli olmağı arzu edirik”.

Nazir bildirib ki, “Neft Daşları”nda baş verən qəzada itkin düşən 3 nəfərin də axtarışı davam etdirilir. Görülən işlər prezident İlham Əliyevin nəzarətindədir.

K.Heydərov qeyd edib ki, hadisə baş verən gün Xəzəryanı dövlətlərdən, o cümlədən Rusiyadan da kömək təklif edilib. “Lakin buna ehtiyac olmadığı üçün qəbul etmədik. Çünki onların təklif etdiyi texnika bizim özümüzdə var”.

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv