!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bir sarı vərəqəyə 6 illik cəza

!Reklam – Yazi

İngiltərənin “Linkoln” klubunun müdafiəçisi Bredli Vud oyunlar zamanı bilərəkdən sarı vərəqə aldığı üçün uzun müddətə diskalifikasiya olunub.

Yenicag.az xəbər verir ki, onun 2016/17 mövsümündə “İspviç” və “Bernli” ilə kubok oyunları zamanı hərəkətləri şübhə doğurub. İngiltərə Futbol Federasiyası məsələ ilə bağlı uzun müddət araşdırma apardıqdan sonra Vudun günahı sübuta yetirilib. O, həmin oyunlarda qəsdən sarı vərəqə alıb.

Məlum olub ki, o, bunu bukmeker kontorlarına pul qoyuluşuna görə edib. İngiltərəli futbolçunun bütövlükdə 25 oxşar əməli üzə çıxıb. Federasiya rəhbərliyi müdafiəçini  görə 6 il müddətinə cəzalandırıb. 26 yaşlı futbolçu 2024-cü ilin 8 martına qədər heç bir yarışda iştirak edə bilməyəcək. Bundan əlavə o, 3725 funt sterlinq cərimə ödəməlidir.

www.yenicag.az

2730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv