!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir suala görə üstü açılan dəhşətli cinayət - Azərbaycanda - Video

!Reklam – Yazi

Ömürlük məhkumdan qandonduran etiraflar.

ARB TV-nin “Rezonans” verilişi ömürlük məhbus Daşqın Quliyevin hekayəsini təqdim edib.

Daşqın Quliyev (ömürlük həbs): “Bir qızı istəyirdim. Ailəm razı olmadı. İçkiyə qurşandım. Daha sonradan bir qadınla tanış oldum. Ayaqqabı sexim var idi, ora gəlirdi. Onunla tanış olub, yaşamağa başladıq. Həyat yoldaşından ayrılmışdı və yoldaşı həbsdəydi. Boşanmalarına baxmayaraq, bir həyətdə yaşayırdılar. Həbsdən çıxıb gəldi, tez-tez mübahisə edirdik. Onun yoldaşı mənə tez-tez xəbərdarlıq edirdi ki, bu qadın “akula”dır, biz “kilkə”yik. Elə vəziyyət yaradacaq ki, birimiz qəbirə, birimiz həbsə gedəcəyik. Fikir vermirdim, amma dediyi oldu. Bir gün uşağını döyəndə gəldim qoymadım, üstümə bıçaq çəkdi. Qapını bağladım, bıçağı arasına saldı qoymadı. Çəkici alıb əlimə dedim ki, gəlsən, vuracam. Qulaq asmayıb gəldi, çəkiclə iki dənə vurdum, bıçağı düşdü. Bıçağı götürüb bir neçə zərbə endirdim. Sonra ayıldım ki, keçinib. Hadisə baş verəndən sonra cinayətin üstü açılmadı. 3 ay məni tapmadılar. Onun cəsədini ortadan 2 yerə bölmüşdüm. Birini aparıb atmışdım, digərini isə zirzəmidə basdırmışdım. 3 ay sonra o evə alətlərimi götürməyə gələndə həyətdə polisləri gördüm. Bilmədilər mən etmişəm, soruşanda dedim ki, qonşuyam. Açığı təslim olmaq istəyirdim. Qadın dedi ki, eləmə. Həmin qadının üzündən də tutuldum. Rəfiqəsindən soruşub ki, cinayəti bilib gizlətməyin cəzası nə qədərdir? Rəfiqəsi də vəkilindən soruşub deyəcəyini bildirib. Atasına deyib, o da polisə. Beləcə üstü açılıb və 3 il iş veriblər ona. Öldürdüyüm adamı elə olurdu yuxuda görürdüm. Qan pis təsir edirdi, elə olurdu ki, yemək yeyə bilmirdim. Neçə həftə ət yeyə bilmədim. Öldürdüyüm adamın ailəsi inanmırdı ki, mən eləmişəm. Cəzamın yüngülləşməsi üçün çalışdılar, şikayətçi olmadılar. Onların üzünə necə baxacam bilmirəm. Qardaşlarımın da üzünə çətin baxa bilim. Hər dəfə gələndə deyirlər ki, sən onu niyə öldürmüsən, can vermişdin?! Utanıram”.

Yenicag.az

www.yenicag.az

1134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv