!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir Təbəssüm Bir Ümid": Balacalara belə sevinc bəxş olundu - Fotolar

!Reklam – Yazi

“Bir Təbəssüm Bir Ümid” layihəsi çərçivəsində uşaqlara Novruz hədiyyələri təqdim olunub.

Yenicag.az xəbər verir ki, bu layihə uşaqlarla bağlı olan xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir.

Aksiya iştirakçıları mart ayında balacaların Novruz bayramını təbrik etmək üçün Yardımlıya yola düşüb. Noyabr ayından davam edən aksiya mart ayının 1-i dayandırılıb. Layihədə 2.000-dən çox əşya toplanıb. Əşyalar şirkətlər , Bakı və Sumqayıt sakinləri sayəsində toplanıb. Bütün əşyalar toplandıqdan sonra Yardımlının Separadi kəndinə aparılıb. Aksiyada 50-dən çox uşağa içi ləvazimat dolu çanta, oyuncaq, geyim hədiyyə edilib.

Qeyd edək ki, aksiyaya hər bir şəxs qoşularaq, müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyacı ola biləcək ləvazimatlarla dəstək ola bilər. Həmçinin oyuncaqlar ilə də aksiyaya dəstək olmaq mümkündür.

Aksiyaya şirkət, universitet (qrup), təşkilat və ya məktəb adından da qoşulmaq olar.

 

www.yenicag.az

1929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv