Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bir Tənzilə Rüstəmxanlı yazısı - Fədaisinin qələmindən...

Reklam: High Technic

Bir ana düşünün ki, Türk Dünyasının hansı tərəfinə getsə, onun yolunu gözləyən, “ana” deyə əziz tutan övladları var. O, sadəcə öz övladlarının anası olmadı. Bəlkə Osmanlı ilə bağlı “Dövləti Aliyədə bütün xalqlara eyni nəzərlə baxılır, o cümlədən türklərə” misalında olduğu kimi o, öz övladlarına da bizə baxdığı kimi baxdı. Bizi onlardan, onları bizdən ayırmadı. 

Türklə bağlı deyilən “o, gözlənəndir” sözü də sanki onun üçün deyilib. Övladları, dostları ilk onu axtarır, gözləri ilə onu arıyırlar. 

O, kimisi üçün Tənzilə ana, kimisi üçün Tənzilə Sultan, kimisi üçün Tənzilə xanımdır. Ancaq bu üçü də xanım Rüstəmxanlıya çox yaraşır. 

Tənzilə xanımla bağlı çox xatirələrim var. Ən azından 12 ildir ki, arada işlərin çoxluğundan dolayı vəfasızlıq etsəm də, müntəzəm görüşürük. Ən sevincli və ən çətin anlarının da şahidiyəm. Bu illər ərzində bir dəfə də olsun, özü və ailəsi üçün kiməsə ricaçı olduğunu görmədyim kimi, tamamən kənar, bəlkə də zamanında onun ayağının altını qazanlar üçün belə necə çabalar sərf etdiyini, birisinin işi yoluna düşəndə onun sevincinə özününkü kimi sevinən insandır Tənzilə Rüstəmxanlı. 

Tənzilə xanım şad günündə bir kənarda dayanıb, uzaqdan seyr edib sevinəndir. Dar günündə isə gözünün axtarmasına belə fürsət vermədən, hamının önündə, sənin yanında olandır. 

Bu gün FETÖ ilə mübarizə, Xocalı soyqırımının tanınması uğrunda fəaliyyət göstərən çox insan var. Ancaq Tənzilə Sultan bu yolda bir ovuc milliyyətçi ilə yola çıxarkən, ortalıqda kimsə yoxdu. Bu gün Türkiyədə, Avropada tədbirlərin sayı-hesabı yoxdur. Fəqət ilk cığırda Tənzilə Rüstəmxanlı imzası var. 

Hər kəs “hocaəfəndi” deyə, Güləndən nəsə umanda, Hablemitoğlunu Bakıya dəvət edib, bu terror şəbəkəsinə savaş açan, bu səbəbdən də 11 yaşlı qızının adı FETÖ-nün ermənisifət hakimi Zəkəriyyə Öz tərəfindən iddianamələrinə salınan Asenadır, Tənzilə Sultan! 

Bu gün Hindistandan Kanadaya, Türkiyədən Avropaya, Doğu Türküstandan Kərkükə qədər harada bir milliyyətçi varsa, Rüstəmxanlı ismini duyub. Bu soyismin ən güclü Bəyi Sabir Rüstəmxanlıdırsa, ən güclü xanımı da Tənzilə Rüstəmxanlıdır!.. 

Yazmasam, olmaz! Öz ölkəsində dəyəri yetərincə bilinməyəndir Tənzilə Rüstəmxanlı! Kimsədən tapşırıq gözləmədən, millətinin və dövlətinin səsinə səs verən, dövlət maraqları nəyi tələb edirsə onu edən, heç bir şəxsi davası, marağı olmadığı üçün kiçik adamların hədəfinə çevrilir, bəzən. Ancaq dövlətindən küsmür. Atatürkün dediyi kimi dövləti üçün çalışmaqdadır. O, bu məmləkəti Tünzalə kimi görənlərin fövqündə dayanır. 

Tənzilə Rüstəmxanlı üçün Şah İsmayıl kimdirsə, Fateh də odur. Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy onun üçün dəyərlərdir. Bəlkə də ilk dəfə mən yazacam. Avropanın “Dracula Untold” filmində Fatehə atılan iftiranı özünə yedirə bilməyib, dəyər-dəyməzini bu yolda fəda edərək, Fatehin “dəlilər”inə Vlad Tepeşin, dolayısı ilə Avropanın cavabını verəndir Tənzilə Rüstəmxanlı. 

Doğum günü mesajı qısa olur. Ancaq ürək dolu olunca, Fatehin belə fərmanını dinləməz. 

Sizi təbrik edir oğlunuz olmaqdan hər zaman qürur duyan, “başınızın bəlası”, ismi Aqil olan DƏLİniz, fədainiz 

Aqil Ələsgər

www.yenicag.az

2865
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM