!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

”Bir Uşaq – Bir Dünya” - Ölkədəki uşaq problemləri müzakirə edildi  

!Reklam – Yazi

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Uşaq – Bir Dünya” adlı layihə çərçivəsində növbəti tədbirini Tərtərdə keçirib.

Yenicag.az xəbər verir ki, layihə rəhbəri Anar Yusifzadə Kürdəmirdə baş verən hadisədən sonra tədbirin keçirilməsinin aktual olduğunu bildirib.

Tədbir zamanı ailədaxili münasibətlər, uşaqların bu münasibətlərdən ziyan çəkməsi, psixoloji amillər, dövlətin atdığı addımlar və digər məsələlər diqqət mərkəzində olub.

”Bir Uşaq – Bir Dünya” adlı layihə çərçivəsindəki tədbirdə millət vəkili Çingiz Qənizadə, politoloq Arzu Nağıyev, Elçin Mirzəbəyli, Azər Həsrət, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli, hərbi ekspert İbrahim Rüstəmov, QHT sədrləri, media rəhbərləri və jurnalistlər iştirak edib.

Bundan əlavə tədbirdə Ombudsman aparatının təmsilçiləri və Daxili İşlər Nazirliyinin əməkdaşı uşaq problemlərindən danışıb, şikayətlər və görülən tədbirləri açıqlayıblar.

Çıxışçılar hazırda ölkədəki uşaq problemlərini və həlli yollarını müzakirə ediblər.

www.yenicag.az

1680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv