Birbank Umico kart sahibləri noyabr ayında daha çox qazanacaqlar

1 noyabr 2024-cü il tarixindən etibarən bütün Birbank Umico kart sahiblərinə 3 kateqoriya seçimi təqdim olunur. Bu isə sevimli kateqoriyalardan daha çox Umico bonusu qazanmaq deməkdir.

Birbank Umico kart sahibləri Birbank tətbiqində Umico bölməsinə daxil olaraq istədikləri 3 kateqoriyanı seçməklə ödənişlərdən bonuslar qazana bilərlər. Üstəlik tətbiqdə göstərilən tapşırıqları yerinə yetirməklə daha çox bonus qazanmaq da mümkündür. Noyabr ayında istifadəçilər “Umico.az-da 50 ₼-lik ödəniş”, “QR-la istənilən məbləğdə 3 ödəniş”, “Bravo-da 15 ₼-lik ödəniş” və digər tapşırıqları görə bilərlər.

Noyabr ayında Birbank Umico kart sahibləri market, YDM, restoran və s. kimi bir çox sahəyə uyğun kateqoriyalar seçə bilərlər. Bunlarla yanaşı kateqoriyalar arasında aşağıda sadalananları da görmək mümkündür:

3 kateqoriya seçimi Birbank Umico kart sahiblərinə alış-verişlərindən bonus toplayaraq Umico bonus balanslarını sürətlə artırmağa imkan yaradır.

Bonusların sayını həm Birbank, həm m10, həm də Umico tətbiqində izləmək olar. Toplanmış Umico bonusları ilə Umico.az-dan sifariş etmək, Birbank və ya m10 mobil tətbiqlərində kommunal və digər ödənişlər etmək mümkündür.

Birbank Umico kartını Kapital Bank.az və ya Birbank.az vebsaytında sifariş etmək olar: http://www.kbl.az/bbm

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

COP29