Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərə aprelin 9-dan davam edən birdəfəlik ödəmələr nəticəsində artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır.
Birdəfəlik ödəmə verilənlərin 50 309-u Bakı, 8 949-u Sumqayıt və 6 213-ü Gəncə şəhərlərində yaşayanlar, 4 308-i Abşeron rayonunun, 130 221-i respublikanın digər bölgələrinin sakinləridir.
Yaş qruplarına gəlincə isə vəsaiti alanlardan 12 811-i 20 yaşa qədər, 85 975-u 20-30 yaş arası, 52 920-i 30-40, 27 287-i 40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı olanlardır.
Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.