Birgə əməliyyat: 12 kq-a yaxın narkotik ələ keçirildi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi birgə əməliyyat keçirib.

Bu barədə Yenicag.az-aXidmətdən bildirilib.

Məlumata görə, birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmamış Fərəcullazadə Ağamehdi Şakir oğluna məxsus ümumilikdə 11 kq 874 669 qr çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.