!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birhəftəlik pedaqoji seminar olacaq

!Reklam – Yazi

Hədəf Kursları MMC artıq 8 ildir ki, tədris ilinin başlanğıcında gənc müəllimlərin maariflənməsi və təcrübə mübadiləsi üçün pedaqoji seminar keçirir.

Yenicag.az xəbər verir ki, hər il onlarla müəllimin qatıldığı seminar-treninqdə bu il 150-yə yaxın müəllim iştirak edəcək. Əvvəllər əsasən Hədəf Kurslarında yeni işə başlayan müəllimlər üçün nəzərdə tutulan bu pedaqoji seminara son illər kənardan da qoşulanların sayı artmışdır. Bu ildən isə həm kənardan sərbəst müəllimlər, həm də yeni açılmış tədris müəssisələrinin müəllimləri korporativ şəkildə də qoşula bilər. Son qeydiyyat tarixi 19 avqust tarixinə qədərdir. Hədəf Kurslarında işləyəcək müəllimlər üçün seminar ödənişsiz, kənardan qoşulanlar üçün ödənişlidir.

Seminar-treninqi f.ü.f.d.dos, Şəmil Sadiq, Elxan Nəcəfov, Ramil Süleymanov kimi tanınmış pedaqoqlar aparacaq. Bundan əlavə isə sürətli oxuma ilə bağlı Türkiyənin “Alge” sürətli oxuma kurslarının mütəxəssisi ‘’Sürətli oxuma və yaddaşın idarə edilməsi’’ ilə bağlı əlavə seminar verəcək.

Seminarda pedaqoji bacarıqlar, kurikulum, internet resursları, PIRLS və PİSA, sürətli oxu, təhsil menecerliyi, testologiya, valideyn-şagird münasibətləri, liderlik, karyera və təqdimetmə kimi aktual mövzular yer alacaqdır.

Seminar 21-26 avqust tarixlərində Hədəf Kurslarının 20 Yanvar metrostansiyası yaxınlığındakı filialında keçiriləcək, sonda iştirakçılara sertifikat veriləcək.

Ətraflı məlumat üçün : (070)324-98-50

Yenicag.az

www.yenicag.az

1081
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv