Biri 11 aylıq olan 4 uşağın sağ qalma cəhdi hər kəsi ŞOKA SALDI – FOTOLAR

Kolumbiyada mayın 1-i baş verən təyyarə qəzası ilə bağlı yeni məlumat açıqlanıb.

Yenicag.az xəbər verir ki, dəhşətli hadisədən sonra itkin düşən 7 nəfərdən 4 uşaq sağ-salamat tapılıb.

Ən kiçiyi 11 aylıq olan 4 qardaş meşədə qurduqları müvəqqəti sığınacaq sahəsində sağ qalıb. 13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Solein Ranok, 4 yaşlı Tien və 11 aylıq körpə Kristian Ranok 17 gün boyunca mübarizə aparıb. Məlumatda qeyd edilib ki, 13 yaşlı Lesli Bonbaire sağ qalmaq üçün meşədə ağacların budaqlarından və s. istifadə edərək azyaşlıların birgə qalacağı sığınacaq düzəldib.

Digər itkin vətəndaşlarla da bağlı araşdırmalar davam edir. Axtarış-xilasetmə qrupları bütün məsuliyyəti öz üzərinə götürüb.