Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Biri yıxılarsa, digəri qaldırar" - Necdet Ünüvar Türkiyə-Azərbaycan münasibətlərindən danışdı

Reklam: High Technic

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Adanadan seçilmiş millət vəkili, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Necdet Ünüvar Bakı Yunus Emre İnstitutunu ziyarət edib.

Yenicag.az-a açıqlama verən millət vəkili Türkiyənin Afrində həyata keçirtdiyi “Zeytun budağı” əməliyyatının əhəmiyyətindən danışıb:

“Bu gün “Zeytun budağı” əməliyyatının 14-cü günüdür. Türk Silahlı Qüvvələri öz sərhəd təhlükəsizliyini qorumaq məqsədilə başlatdığı əməliyyatı uğurla davam etdirir. Şəhidlərimiz, qazilərimiz var, ancaq TSK və ASO bu əməliyyatı sona qədər aparacaq. Türkiyə böyük və güclü bir ölkədir, heç bir ölkənin torpağında gözü yoxdur. Amma Türkiyənin torpağında gözü olanlar var. Buna görə də Türkiyə sərhəd təhlükəsizliyini qorumalıdır və bu istiqamətdəki mübarizəni böyük bir qətiyyətlə davam etdirir. Başda prezidentimiz olmaqla hökumətimizin verdiyi qərar uğurla həyata keçirilir”.

Ünüvar, Afrin əməliyyatı ilə bağlı dünyadan müxtəlif reaksiyaların gəldiyini söyləyib:

“Afrin əməliyyatı ilə bağlı dünyadan fərqli əks-sədalar gəlir. Xüsusilə, Avropa İttifaqı və ABŞ-dan çat səsləri eşidirik. ABŞ hökuməti də gündə bir söz deyir”.

Türkiyənin yanında dimdik dayanan və heç bir dəstəyi əsirgəməyən ölkələrin də olduğunu vurğulayan milllət vəkili, Azərbaycanın Türkiyə üçün xüsusi bir yeri olduğunu bildirib:

“Hər zaman olduğu kimi Afrin əməliyyatında da Azərbaycanın dəstəyini hiss edirik. Dünən əmək və əhalinin sosial müdafiəsi nazirləri Jülide Sarıeroğlu və Səlim Müslümovla birlikdə cənab prezident İlham Əliyevin qəbulunda olduq. Hörmətli prezident bu mövzuda bizi sonuna qədər dəstəklədiklərini, dua etdiklərini və hər zaman Türkiyənin yanında olduqlarını bildirdi. Həmçinin, Milli Məclisin spikeri Oqtay Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, baş nazirin müavini cənab Əli Əhmədov da eyni şeyləri söylədilər. Yəni kiminlə görüşdüksə, eyni isti münasibəti gördük və buna görə çox məmnun olduq. Türkiyə və Azərbaycan həmişə həmrəy olub. Onlardan hansı yıxılıbsa, digəri onun əlindən tutub qaldırıb. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 100-cü ildönümü qeyd olunacaq. 1918-ci ildə Osmanlı imperatorluğu çökən ərəfədə 8 min əsgərini təcrübəli komandirlərdən olan Nuru Paşanın başçılığı ilə Azərbaycana göndərdi. O 8 min əsgərin 1137-si burada şəhid oldu. Biz də Bakıya hər dəfə gələndə Türk Şəhidliyini ziyarət edir, əklil qoyur və dualar oxuyuruq.

1920-ci ildə qazi Mustafa Kamal Atatürk də Nəriman Nərimanova bir məktub yazaraq, yardım istədi. Nərimanov əlindən gələni etdi. Daha sonra Atatürk yenidən Nərimanova məktub ünvanlayaraq, borcu qaytarmaq istədiklərini bildirdi. Lakin Nərimanovun cavabı belə oldu: “Qardaşın qardaşa borcu olmaz, kim yıxılsa digəri onun əlindən tutub qaldırar”.

Biz bu həmrəyliyi bir çox məsələdə görürük. Məsələn, Dağlıq Qarabağ Azərbaycan üçün çox əhəmiyyətli bir məsələdir, eyni şəkildə Türkiyə də bu problemə böyük bir ciddiyyətlə yanaşır. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan, “Dağlıq Qarabağ bizim üçün qanayan bir yaradır” deyərək, bir daha sevincimizin və kədərimizin ortaq olduğunu vurğuladı. Biz “Zeytun budağı” əməliyyatında azərbaycanlı qardaşlarımızın ən ali vəzifəlisindən tutmuş sadə vətəndaşına qədər hamının dəstəyini, duasını hiss edirik. Onsuz da biz ətlə dırnaq kimiyik”.

Həmçinin Ünüvar onu da qeyd edib ki, Tükiyə sərhəd təhlükəsizliyini qorumaq üçün nə lazımdırsa edəcək:

“Türkiyənin cənubunda yaranmış PKK/PYD və İŞİD-lə sona qədər mübarizə aparacağıq. Birliyimizi, varlığımızı, həmrəyliyimizi həmişə davam etdirəcəyik”.

Aytək Yusifsoy

Foto: Emin Səfərov

www.yenicag.az

1649
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM