“Birinci Qarabağ savaşı veteranlarının əksəriyyətini hələ də süründürürlər” – Aqil Abbasdan SƏRT ETİRAZ

“ƏƏSMN yanında veteranlarla bağlı 7 aydır, komissiya yaradılıb, hələ bir açıqlama yoxdur”.

Yenicag.az etikxeber.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin iyunun 11-də keçirilən plenar iclasındakı çıxışında millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ savaşı iştirakçılarının əksəriyyəti hələ də veteran adı ala bilmir:

“Balet ustaları sovet dönəmində 35 yaşdan pensiyaya çıxırdı. Bu zaman futbolçular da dava edirdi ki, 35 yaşdan sonra pensiya ala bilmirlər, onlar da pensiyaya çıxa bilsin.

Bizdə pensiya yaşı 65-dir. Sovet dövründə təhsil alanlar xatırlayar, “ölü pensiya” anlayışı var idi. İndi Azərbaycanda ona çatmışıq.

Mən bu layihənin əleyhinəyəm. Birinci Qarabağ savaşının veteranlarının əksəriyyəti hələ veteran adı ala bilməyib. Süründürürlər o insanları. ƏƏSMN yanında veteranlarla bağlı 7 aydır, komissiya yaradılıb, hələ bir açıqlama yoxdur. İkinci Qarabağ müharibəsinin bitməsindən 7 ay keçib”.