!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birinci siniflərə məktəb seçimi başladı

!Reklam – Yazi

Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start verilib.

Yenicag.az xəbər verir ki, məktəb seçimi saat 11.00-dan başlayıb.

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Bundan başqa, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, müsahibədən uğurla keçmiş və avtomatik olaraq proqram təminatı vasitəsilə birinci sinfə yerləşdirilən uşaqların valideynləri ( qanuni nümayəndə) fərqli məktəb və sinif seçə bilərlər. Bunun üçün qeyd edilən tarixdən etibarən “Şəxsi kabinet”ə daxil olaraq sorğunu silib yeni sorğu yaratmaq mümkündür.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv