Birinci vitse-prezident Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb – FOTOLAR

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəlib.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü olub.

COP29